28 Yanvar 11:32
564

Belçikalı heykəltəraş Delfina Bolun keçmiş kral II Albertlə bağlı irəli sürdüyü iddia öz təsdiqini tapıb.

Teleqraf.com xəbər verir ki, yeddi ildir aparılan DNT araşdırmaları keçmiş kralın heykəltəraşın atası olduğunu ortaya çıxarıb.

Uzun illər aparılan mübarizədən sonra Albert də Delfinanın atası olduğunu qəbul edib.

51 yaşlı Delfina Bol 20 il Belçika taxtında outran kral II Albertin onun atası olduğunu iddia edirdi. Bol anası Barones Sibilla de Şels Lonqçampsın 1960-cı illərdə keçmiş kralla sevgili olduğunu deyirdi. Bundan əvvəl isə məhkəmə Baronesin evli olduğu Jak Bolun Delfinanın bioloji atası olmadığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu