28 Yanvar 2020 12:26
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Bağlan əyalətində “Taliban” radikal hərəkatı yaraqlılarının hücumu nəticəsində 10 polis əməkdaşı öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ariana News” telekanalı xəbər yayıb.

Qeyd edilir ki, yaraqlılar gecə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Yanvarın 27-də isə Əfqanıstanın şərqindəki Dex Yak bölgəsində bir təyyarənin qəzaya uğradığı məlum olub. Daha sonra ABŞ hərbçiləri qəzaya uğrayan təyyarənin Amerikaya məxsus “Bombardier E-11A” təyyarəsi olduğunu təsdiqləyiblər.

Mediada yayılan məlumatlara görə, təyyarənin vurulmasına görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Pentaqon təyyarə qəzasını araşdırır.


Müəllif: Səxavət

Oxşar xəbərlər