28 Yanvar 2020 14:30
3 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək qabiliyyətini itirməsi ilə əlaqədar müvəqqəti olaraq yanvarın 13-dən vəzifəsindən gedən Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sosial mediada kampaniya başlayıb.

Teleqraf.com xəbər verir ki, Çeçenistan vətəndaşlarının Kadırovun keşiş qiyafəsi ilə montaj edilmiş fotosunu sosial platformalarda sürətlə yayması güc strukturlarını əks-tədbir görməyə sövq edib.

Kadırovu təhqir etməkdə təqsirləndirilən 25 nəfər saxlanılıb. İlkin ifadələri alındıqdan sonra bu şəxslər həbs olunub.

Çeçenistan mətbuatı tutulanlar arasında tələbələrin və 62 yaşlı taksi sürücüsünün olduğunu, ümumilikdə hər yaş qrupundan olan şəxslərin evindən aparıldığı barədə məlumat yayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər