28 Yanvar 2020 15:15
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Razılıq Hökumətinə aid qüvvələr Misratada qiyamçı lider Xəlifə Haftara məxsus silahlı pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf.com xəbər verir ki, düşürülən PUA-nın Birləşmiş Ərəb Əmirliklərinin inventarında olduğu üzə çıxıb.

Wing Loong II tipli təyyarə səhər saatlarında vurulub.

Qeyd edək ki, Çin istehsalı olan Wing Loong II tipli PUA-dan istehsalçı ölkədən başqa yalnız Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) inventarında var.

Haftarın ən böyük dəstəkçisi sayılan BƏƏ-nin inventarındakı pilotsuz uçuş aparatının yanvarın 5-də Tripolidəki hərbi məktəbə təşkil olunan hücum zamanı istifadə olunduğu bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər