Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir", - deyə Tramp Fələstin-İsrail münaqişəsinin nizama salınması planını təqdim edərək bildirib.
21:35
ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. O, bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə "sülhə böyük addım" atır.
"Bu gün İsrail sülhə böyük addımı edir", - Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə münaqişənin nizama salınması üzrə planını təqdim edərkən deyib.
Onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər. “Amma terror fəallığının tələsinə düşüblər”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir.
21:09
İsrailin baş naziri Binyamin Netanyahu "əsrin müqaviləsi"nin şərtləri ilə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində bildirib.