Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında Egey dənizinin cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Karpatos adasından cənub-şərq istiqamətində 78 km məsafədə və 10 km dərinlikdə yerləşir. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.