29 Yanvar 2020 00:29
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidenti Mahmud Abbas və “Həmas” təşkilatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə ABŞ-ın “Yüz ilin müqaviləsi”nə qarşı birgə mübarizə aparmaq məsələsində razılığa gəliblər.

Bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra Mahmud Abbas və İsmail Həniyyə arasında telefon danışığı baş tutub. Tərəflər Fələstin-İsrail münaqişəsinin həllinə dair olduğu iddia edilən planı rədd etdiklərini bəyan ediblər.

Xatırladaq ki , Tramp “Yüz ilin müqaviləsi”ndə fələstinlilərə suveren dövlət vəd edib. Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər