BMT-nin İsrail-Fələstin probleminin həllinə dair mövqeyi Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələri ilə müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin yaydığı bəyanatda bildirilib.
Avropa İttifaqı da münaqişə tərəflərlərini ikitərəfli həll variantı üzərində dayanmağa çağırıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komitəsinin ali nümayəndəsi Jozef Barrel verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı münaqişəni İsrail və Fələstin xalqlarının qanuni tələbləri çərçivəsində yenidən araşdıracaq.
BMT-nin Baş katibi Antonio Quterreş də ABŞ Prezidenti Donald Trampın “Yaxın Şəra Sülh Planı”na sərt reaksiya verib.
O, ABŞ liderinə məsələnin 1967-ci ildə müəyyən edilmiş sərhədlər daxilində həll edilməsinin vacibliyini xatırladıb və qeyd edib ki, mövcud sərhədlər BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri ilə müəyyən edilib.
Almaniyanın xarici işlər naziri Hayko Maş Trampın sözügedən planının bölgədə problemlərə yol açacağını, ABŞ-ın bu təkliflərini araşdıracaqlarını açıqlayıb.
İngiltərədə müxalifətdə olan Fəhlə Partiyasının lideri Ceremi Korbin Donald Trampın sözde “Yaxın Şərq Sülh Planı”nı “sülh üçün təhdid” adlandırıb və ingilis hökumətindən buna etirazını bildirməyi tələb edib.