“Türkiyə müxalifət partiyaları 2023-cü il prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana qarşı vahid prezidentliyə namizəd irəli sürməyi planlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə müxalifətdə olan İyi Partiyanın sədri Maral Akşənər deyib.
Akşənər prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə suala belə cavab verib: “Seçicilərin bir daha məyus olmasına imkan verməyəcəyik”.