Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki əsgəri ağır yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
2000-ci il təvəllüdlü Nver Armanoviç Avetisyanın güllə yarası aldığı bildirilib. Əsgərin anlaşılmaz vəziyyətdə yaralandığı bildirilib.
Yaralı əsgər hərbi xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.