30 Yanvar 2020 08:47
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxsaylı itki və dağıntılarla nəticələnən Elazığdakı zəlzələdən sonra istirahətə yollandığı üçün ciddi tənqidlərə məruz qalan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun baldızının son paylaşımı müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun bacısı Ceren Kayanın sosial mediadakı paylaşımı rezonans doğurub.

Bacısı və daha iki yaxını ilə birgə çəkdiklərini fotonu yayımlanan Kayanın "Zəlzələ olub, bizə nə" qeydi izləyicilər tərəfindən sərt reaksiyalara səbəb olub.

Bundan sonra İmamoğlunun baldızı profilinin şəklini dəyişməyə məcbur olub və paylaşımlarını yalnız dostları üçün açıq saxlayıb.


Müəllif: Leyla

Oxşar xəbərlər