Belarusda şəkər fabriklərində korrupsiya əməliyyatlarının başlamasından sonra Almaniyaya qaçmaq istəyən bir sıra şirkət rəhbərlərinin saxlanılması üçün Minskdən Münhenə uçan sərnişin təyyarəsi geri çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Kəşfiyyat Xidməti məlumat yayıb.
Ölkənin bir sıra şəhərlərindəki fabriklərdə keçirilən əməliyyatlar çərçivəsində müəssisələrin rəhbərləri saxlanılıb.
Əməliyyatlardan narahat olan bir sıra şirkət rəhbərləri isə çarəni qaçmaqda axtarıb. Əməliyyat əsnasında Minsk-Münhen təyyarəsinə minən 6 şirkətin rəhbəri xilas olduğunu düşündüyü halda, kəşfiyyatdan ilginc həmlə gəlib.
Şirkət direktorlarının xarici ölkəyə qaçmasından xəbər tutan kəşfiyyat havada olan təyyarəni geri çağırmaq haqda göstəriş verib. Təyyarə qalxdığı hava limanına geri qayıdıb.
Hava limanında 6 nəfər saxlanılıb.