24 Sentyabr 2014 13:15
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyadakı problemləri birlikdə aradan qaldırmaq lazımdır.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, yalnız hava hücumları ilə bu problemi həll etmək mümkün deyil: “Bunun ərazi böyüklüyü, kəşfiyyat hissəsi, insani ölçüsü var. Bütün bunların ələ alınması və hamısına bir bütün olaraq baxılması lazımdır. Əgər belə bir geniş mövqe nümayiş etdirməsək, bu məsələ tamamlanmış olmaz”.

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qatılmaq istəyənlərin Türkiyədən keçərək Suriyaya getməsi məsələsinə münasibət bildirən Ərdoğan Fransa, İtaliya, İngiltərə kimi ölkələrin vətəndaşlarının əllərində silahla deyil, turist olaraq bu ölkəyə getdiklərinə, daha sonra isə İŞİD-ə qoşulduqlarına diqqət çəkib:

“Biz Türkiyədə xarici ölkələrdən gələn təxminən 6 minə yaxın belə vətəndaş aşkar etdik, bəzilərini həbs etdik, bəzilərini deportasiya etdik. Bəzilərinin ölkəyə girməsini qadağan etdik. Biz bu məsələ üzərində çalışırıq, bu məsələyə əhəmiyyət veririk”.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər