30 Yanvar 2020 13:57
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Çində olan vətəndaşlarını təxliyə etmək məqsədilə bu günə planlaşdırdığı təyyarə uçuşlarını təxirə salmalı olub.

Teleqraf.com xəbər verir ki, İngiltərə koronavirus səbəbindən Çində olan vətəndaşlarını bu gün təxliyə etmək üçün Pekin və digər Çin şəhərlərinə xüsusi təyyarə reysləri göndərməyi qərara alıb. Ancaq Çin rəsmiləri təxliyə proseduru ilə bağlı tam razılıq vermədiyi üçün proses dayanıb.

İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamasında Çində olan vətəndaşların təxliyə edilməsi üçün əllərindən gələni edəcəkləri qeyd edilib: “Bir çox ölkələr bizim kimi təxliyə prosedurunu həyata keçirə bilməyib. Ancaq biz ən qısa müddətdə yeni təxliyə uçuşu həyata keçirərək, vətəndaşlarımızı Çindən çıxaracağıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər