30 Yanvar 2020 14:46
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusu təkcə hava və nəfəs yolu ilə insanlara keçmir. Vuhan şəhərindəki həkimlərin dediyinə görə, gözləri eynəklə qorumaq və qulaqları bağlamaq lazımdır. Çünki mikrob göz və qulaqdan da yoluxa bilər.

Teleqraf.com xəbər verir ki, Çində yaşayan türk müəllimə Burcu Önər CNN Türk kanalına canlı bağlanaraq bölgədə yaşananları və koronavirusla bağlı son məlumatları çatdırıb.

Koronavirusun ilk dəfə yayılmağa başladığı Vuhan şəhərində yaşayan müəllimə bildirib ki, artıq Türkiyənin konsulluğu onlarla əlaqə qurub: “Biz əşyalarımızı hazırladıq və hazırda gözləyirik. Yanvarın 23-dən evdən bayıra çıxmırıq. Bu virus yalnız hava yolu və nəfəslə keçmir.

Buradakı həkimlərin dediyinə görə, gözlərə qoruyucu eynək taxmaq, qulaqları tıxamaq lazımdır. Çünki virus göz və qulaqlar vasitəsilə də insana keçə bilər. Həkimlərin bu xəbərdarlığından sonra qorxumuzdan qapı və pəncərələri aça bilmirik. Düz 7 gündür evdən bayıra çıxmırıq”.

Onun sözlərinə görə, bölgədə yaşayan türklərin hava limanına getməsində də müəyyən rpoblemlər var: “Küçələrdə faktiki taksilər ərzaq, polis və hərbçiləri daşıyır”.


Müəllif: Cavad

Oxşar xəbərlər