Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:21-də Marmaris rayonundan 162 km uzaqlıqda və 12,1 km dərinlikdə qeydə alınıb.
Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib./Report/