31 Yanvar 2020 11:33
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası İranla ehtimal olunan müharibənin maliyyələşdirilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, layihə barədə açıqlama verən palatanın üzvü Ro Xanna sözügedən qanunun 228 səslə qəbul edildiyini deyib.

Xanna Konqresin İranla ehtimal edilən savaşın qarşısını almaq üçün maliyyə məhdudiyyətləri tətbiq etməli olduğunu bildirib: “Konqres İranla müharibədə bir dollar belə xərclənməsinə icazə verməyəcəyini göstərməlidir”.

Qanun layihəsinin Respublikaçılar Partiyasının çoxluqda olduğu Senatdan keçəcəyi gözlənilmir. Məlum olduğu kimi, Nümayəndələr Palatasında çoxluq Demokratlar Partiyasındadır.

İran və ABŞ arasında ehtimal olunan müharibə məsələsi general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra yenidən gündəmə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər