31 Yanvar 2020 14:23
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amazon” şirkətinin direktoru Ceff Bezosun sərvəti 15 dəqiqə ərzində 13,2 milyard dollar artıb.

Teleqraf.com xəbər verir ki, səhmlərin dəyərinin yüksəlməsinə şirkətin rüblük maliyyə hesabatını açıqlaması təsir edib.

“Bloomberg” yazır ki, maliyyə hesabatının dərc olunmasından sonra “Amazon” şirkətinin səhmləri 12% artaraq 2100 dollara yüksəlib. Bu cür göstəricilərlə “Bloomberg Milyarderlər İndeksi”nin qeyd etdiyi kimi C.Bezosun sərvəti 129,5 milyard dollara çata bilər.

Rüblük hesabata görə, şirkətin gəliri 21% artaraq 87,4 milyard dollara, xalis mənfəəti isə 8% artaraq 3,27 milyard dollara çatıb.

Qeyd olunur ki, bununla da Ceff Bezos dünyanın ən varlı adamı titulunu geri qaytarmış olub. Belə ki, o, yanvarın 18-də öz mövqeyini “Microsoft” şirkətinin qurucusu Bill Qeytsə güzəştə getmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər