Çində Vuhan şəhərində yaşayan türkiyəli aktyor Selçuk Ersoy koronavirusdan danışıb.
Teleqraf.com xəbər verir ki, virusun yayıldığı əyalətdə yaşayan aktyor koronavirus səbəbi ilə ölənlərin sayının günü-gündən artdığını deyib: “Hazırda maskasız çölə çıxmaq qadağandır. Tədbirlərin görülməsinə baxmayaraq xəstəliyə yoluxanların sayı günü-gündən çoxalır. Dərman tapılsa da kömək etmir.
Xəsətlik özünü yeddi və on dörd gün ərzində büruzə verir. Hazırda 8 minə yaxın insan virusa yoluxub, 170 nəfər isə ölüb. 130 nəfər isə xəsətlikdən sağalıb”.