Çinin Vuhan şəhərində yayılan koronavirus dünyada çaxnaşmaya səbəb olub.
Teleqraf.com xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, epidemiya səbəbiylə bir həftə ərzində 213 insan həyatını itirib, 9692 nəfər virus daşıyıcısıdır. Onlardan 1527 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Vuhan şəhəri də daxil olmaqla virusun aşkarlandığı 19 ölkədə karantin elan olunub. Vuhan şəhərinin karantin zonasındakı bu görüntülər virusun necə təhlükəli olduğunu bir daha göstərdi.
Əldə olunan məlumatlara görə, bu günə qədər Taylandda 14, Yaponiyada 11, Sinqapurda 10, Avstraliyada 9, Malayziyada 8, ABŞ-da 6, Fansa və Almaniyada 5, Cənubi Koreyada və Birləşmiş Ərəb Əmirliklərində 4, Kanadada 3, Böyük Britaniyada 2, Vyetnam , İtaliya, Nepal, Kamboca, Şri Lanka, Finlandiya və Hindistan da 1 nəfərdə virus aşkarlanıb.
Virusun yayılmaması üçün Çin hökuməti Vuhan da daxil olmaqla bir çox şəhəri karantinə alıb.
Vuhanda küçədən keçənlərin hamısı yerdə uzanan adamla təmasdan qaçıb, daha sonra bir şəxs səlahiyyətlilərə hadisə barəsində məlumat verib.
Ölən adamın kimliyi bilinməsə də, virusdan öldüyü zənn edilir.
Çinin baş naziri dünən verdiyi açıqlamada koronavirusun yaratdığı epidemiyanın mürəkkəb olduğunu və epidemiyaya qarşı vaksinlər hazırlayan qurumların zamanla rəqabət aparmalı olduqlarını vurğulayıb.