Koronavirus Çində sürətlə yayılmağa davam edir. Testlərdə 5-8 saat ərzində təmasla yoluxma halları qeydə alınsa da, bu müddət 8-15 dəqiqə arasında dəyişir.
Teleqraf.com xəbər verir ki, sürətli analiz dəsti Çinin Xəstəliklərə nəzarət və onların qarşısının alınması İnstitutunda yüksək texnologiyalı şirkətlə birlikdə hazırlanıb.
Qeyd edək ki, virus Çində ikitərəfli pnevmoniyaya səbəb olub. 29 yanvar 2020-ci ildə Quancjouda yerləşən Rusiyanın Baş Konsulluğu virusun Pekindən Moskvaya yayıldığını bildirib. Genom əsasında rus alimləri iki saat ərzində insan orqanizmindəki virusu təyin edən sürətli testlər hazırlayıblar. Hazırda Çin mütəxəssisləri nəticəni səkkiz dəfə yaxşılaşdırdılar.
Epidemiyanın yayıldığı Vuhan şəhərində 12 milyon nəfər tutumu olan xəstəxananın tikilməsi planlaşdırılır. Virus Çindən başqa 19 ölkədə aşkarlanıb. Avstraliya, Vyetnam, Almaniya, Hindistan, İtaliya, Kamboca, Kanada, Malayziya, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Sinqapur, ABŞ, Tailand, Filippin, Finlandiya, Fransa, habelə Şri Lanka və Yaponiya virusun yayıldığı ölkələr siyahısına daxildir.
Koronavirus Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri tərəfindən müstəqil olaraq müəyyənləşdirilib. Yapon adalarında bir xəstənin boğazının selikli qişasının qırıntılarından koronavirus təcrid edilib. Təcrübə zamanı məlum olub ki, virus digər hüceyrələrə də yayılıb.
Yapon mütəxəssisləri ümid edirlər ki, koronavirus genomunun təcrid edilməsi effektiv dərmanların hazırlanmasına və müalicə seçimlərinin yaxşılaşdırılmasına, həmçinin yaxın gələcəkdə 2019-cNoV peyvəndinin inkişafına kömək edəcək.
Rusiyada koronavirusa yoluxan yeni xəstə tapılmayıb. Moskvaya koronavirusun daxil olmasının qarşısını almaq üçün Rusiya-Çin sərhədini bağladılıb. Bu qərar martın 1-dək qüvvədədir.