İranın Kirmanşah şəhərində daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Tehrandan Kirmanşaha uçan İran hava yolları şirkətinə məxsus “Airbus 319” tipli sərnişin təyyarəsi Kirmanşah hava limanında yerə enərkən uçuş zolağından çıxıb.
Hadisəyə səbəb kimi təyyarənin eniş zamanı qabaq təkərlərində texniki nasazlığın yaranması və qarlı hava şəraitində yerin sürüşkənliyi əsas göstərilir.
Göyərtəsində 102 sərnişin və 8 ekipaj üzvü olduğu bildirilən sərnişin təyyarəsində ölən və ya xəsarət alan olmayıb.
Əlavə edək ki, bu, son bir həftə ərzində İranda qəzaya uğrayan ikinci təyyarədir.