“ABŞ Prezidenti Donald Trampın “Əsrin müqaviləsi” layihəsi ciddiyə alınması çətin bir plandır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr seçkilərə hazırlaşan İsrail Baş naziri Binyamin Netanyahu və Donald Trampın bundan divident qazanmağa çalışdıqlarını iddia edib:
“Hansı çərçivədən baxsaq, “Əsrin müqaviləsi” adlandırılan bu plan başı bəlada olan iki siyasətçinin yenidən seçilmək üçün gündəmi dəyişdirmək cəhdidir. Netanyahu mart, Tramp isə noyabr ayında seçkilərə gedəcək, bundan əvvəl isə öz tərəfdarlarını məmnun etməyə çalışırlar.
Analitiklər bu anlaşmanın hələ doğulmadan öldüyünü, ən pisi isə Amerikanı gələcəkdə vasitəçilik rolundan kənarlaşdırdığını elan edirlər”.