1 Fevral 2020 14:41
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liviyada gərginliyi Rusiya və Türkiyə artırır”.

Teleqraf.com xəbər verir ki, bunu Vaşinqtonda amerikalı həmkarı Mark Esperlə görüşündə İtaliyanın müdafiə naziri Lorenzo Guerini deyib.

Nazir ABŞ hökumətini İtaliya ilə birlikdə Liviya məsələsinə həll tapmağa çağırıb:

“Rusiya və Türkiyə Liviyada gərginliyi artırır. Biz birlikdə siyasi həll yolu tapmalıyıq. Bu, bölgədəki bütün aktyorlara məsuliyyət hiss etdirməlidr. ABŞ həll üçün bütün səyləri göstərə bilər.

Xarici oyunçuların bölgədəki varlığından narahat oluruq, əlbəttə, qarşıdurma buna görə güclənir”.


Müəllif: Mənsur Rəğbətoğlu