1 Fevral 2020 16:15
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir sıra ali təhsil müəssisələrinin rektorları vəzifədən azad oluna bilərlər. Onlar heç universitetdə gözətçi işləməyə də layiq deyillər”.

Teleqraf.com xəbər verir ki, bunu yanvarın 31-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev elm adamları, istehsalat sektorunun nümayəndələri və tədqiqat müəssisələrinin rəhbərləri ilə görüşdə bəyan edib.

Dövlət başçısı işçilərin yarıdan çoxunun sertifikasiyadan keçmədiyi Daşkənd Dövlət İqtisad Universitetindəki (DDİU) acınacaqlı vəziyyətdən danışıb.

Ötən ilin sonunda universitetin rektoru Bahodir Xodiyev vəzifəsindən azad edilib.

“Ali təhsil müəssisələrinin rəhbərlərinə söz verməyə vaxt yox idi. Mən sizdən çox narazıyam. Dünən mən Narxoz (DDİU - red.) haqqında danışdım ki, işçilərin 60-65%-i attestasiyadan keçməyib, yəni “2” qiyməti alıb. 20 il ərzində vicdanı, biliyi, təhsili olmayan insanlar uşaqlara dərs verib. Bu uşaqlardan nə olacaq? Hara gedəcəklər? Harada işləyəcəklər? Böyük banklarda işləyə biləcəklərmi? Xeyr”, – deyə ölkə başçısı bildirib.

Prezident hesab edir ki, bank sektoru mütəxəssislərinin ixtisas səviyyəsinin aşağı olması Daşkənd Maliyyə İnstitutunda və Daşkənd Dövlət İqtisad Universitetində elmi potensialın olmaması ilə əlaqədardır.

Şavkat Mirziyoyev qeyd edib ki, rektorları və digər universitet işçilərini həbs etmək korrupsiya sisteminin tamamilə məhv ediləməsinə gətirib çıxarmayacaq:

“Ətrafımızı dəyişdirməliyik, tələbələr korrupsiyanı qəbul etməməlidirlər. Müəllimlər gənc, rəqabətqabiliyyətli tələbələrə dərs keçə bilmədiklərindən utanmalıdırlar. Hər bir universitet rəhbəri nəticə çıxarmalıdır”.

Prezident yaxın günlərdə bir neçə rektorun işdən azad olunacağını bəyan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər