1 Fevral 2020 19:11
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidenti Mahmud Abbas bu gün İsrail və ABŞ ilə bütün əlaqələri dayandırdıqlarını bildirib.

O, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib.

"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər