1 Fevral 2020 21:10
2 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar ertəsi günü - fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı dövlət başçılarının təkbətək görüşü, habelə prezidentlərin sədrliyi altında Ukrayna ilə Türkiyə arasındaYüksək Səviyyəli Strateji Şuranın səkkizinci iclası keçiriləcək.

Danışıqlar zamanı tərəflər bütün sahələrdə strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.

Strateji Şuranın iclasından sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Dövlət başçıları Ukrayna-Türkiyə biznes forumunda da iştirak edəcəklər.


Müəllif: Nahid

Oxşar xəbərlər