ABŞ Dövlət katibi Maykl Pompeo Qazaxıstana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Dövlət katibi ölkə rəhbərliyi ilə ikitərəfli və regional əməkdaşlıq, qlobal aktual məsələləri müzakirə edəcək.
Səfər çərçivəsində Pompeonun ölkə başçısı Kasım-Jomart Tokayevlə, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşləri nəzərdə tutulub.