Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ötən həftə Elazığda baş verən 6,8 bal gücündə zəlzələdən zərərçəkən uşaqlarla basketbol oynayıb.
Teleqraf.com xəbər verir ki, nazir Elazığ Yaqub Kılıç İdman kompleksində uşaqlarla matçdan görüntüləri Tvitter hesabında paylaşıb.
O, paylaşımında Emir, İlayda və Aleyna ilə birgə Tuana, Mələk, Bora və Dənizxana qarşı yarışdığını və komandasının 4:2 hesabı ilə məğlub olduğunu qeyd edib: "Bizim komanda uduzdu, amma qürurlu məğlubiyyətdir".