Qırğızıstan koronavirus təhlükəsi ilə bağlı Çinə təyyarə reyslərini müvəqqəti dayandırıb, bu ölkə ilə sərhədi bağlayıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar Respublika Qərargahı yaradılıb və ən yeni avadanlıqlarla təchiz olunub.
Qərərgahın yaydığı məlumatda qeyd olunur ki, ölkədə bu virusa yoluxma halı qeydə alınmayıb və virusun ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.