İtaliyada Koronavirusa qarşı dərman hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə səhiyyə naziri Roberto Sperenza bildirib.
“Virusu ölkədən təcrid etdik. İtaliya Avropada bunu bacaran ilk ölkə oldu. Virusa qarşı vaksinin hazırlanması asanlaşacaq. Xəstəliyə qarşı müalicə metodlarını müəyyənləşdirmək də sürətlənəcək. Bu məlumatı bütün elm dünyasına təqdim edirik”.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı qeydə alındıqdan sonra Çinə uçuşlar dayandırılıb.