3 Fevral 2020 09:41
2 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elazığdakı zəlzələ haqqında 3 ay əvvəl xəbər verən professor Naci Görür hər kəsi maraqlandıran Mərmərə zəlzələsi ilə əlaqədar qorxulu açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, mütəxəssis Mərmərədə minimum 7,2 bal gücündə zəlzələ olacağını bildirib.

Naci Görür gözlənilən böyük Mərmərə zəlzələsinin Kumburqaz bölgəsində olacağını bildirib: “Şimali Anadolu və Şərqi Anadolu bölgəsi Türkiyədə zəlzələnin baş verəcəyi ən təhlükəli zonalardır. Bu ərazilərdə məskunlaşanlar böyük zəlzələlərlə üzləşəcəklər”.

Professorun sözlərinə görə, 20-ci əsrdə Şimali Anadoluda baş verən zəlzələlər yer səthini zəiflədib: “Bu zəlzələlər nəticəsində 100 mindən çox insan itkin düşdü. Zəlzələlərin baş verdiyi yerlərə diqqət yetirsək görərik ki, 1939-1999 illərdə baş verən zəlzələlər şərqdən başladı, qərbə doğru sürüşdü. İndi isə növbə İstanbulundur.

Şimali Anadolu tirəsi şərqdən qərbə qədər zəlzələ ötürmək vərdişinə sahibdir. Son zəlzələ Gölcükdə oldu, indi isə hədəf Mərmərə dənizidir”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər