Yaponiya sanksiyaların tətbiq olunduğu beş rus bankının adını açıqlayıb.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumatlara görə, bunlar Sberbank, VTB, Qazprombank ASC, Xarici İqtisadiyyat Bankının və Rosselxozbankın filiallarıdır. Qərar Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin növbəti iclasında qəbul edilib.
Xatırladaq ki, Yaponiya Rusiyaya qarşı ilk dəfə 2014-cü ilin mart ayında sanksiyalara başlayıb. Sentyabrın 12-də sanksiya tətbiq olunan şirkətlər arasına "Rosneft", "Transneft" və "Qazprom - neft" də daxil edilib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.