Ermənistanın Armavir vilayətində Qarabağda ölən hərbi qulluqçunun qohumlarının keçirdiyi etiraz aksiyasında bir nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Qarabağda intihar edən Vaqram Avakyanın qohumları əllərində tabutla İrəvana yollanıblar. 200 metr addımlamamış Avakyanın qohumu olduğu deyilən Martun Abelyanın halı qəfil pisləşib və infarkt keçirib. Lakin ailə aksiyanı davam etdirib və övladlarının intihar etmədiyini, əksinə öldürüldüyünü ictimailəşdirmək üçün tabut əllərində müdafiə naziri David Tonoyanın qəbuluna gediblər. Tonoyan işin obyektiv araşdırılacağını təmin edəcəyinə söz verib.
Danışıqlardan sonra aksiya iştirakçıları kəndə qayıdıb və Vaqramı dəfn ediblər.
Leyla