3 Fevral 2020 15:45
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Suriyanın İdlib bölgəsində atışma nəticəsində ölən türk əsgərlərinin sayının 6 nəfərə çatdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazirlik Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusunun hədəflərinə qarşı cavab atəşini “qanuni müdafiə çərçivəsində” davam etdirdiyini bildirib.

Bundan əvvəl 4 hərbçinin həlak olduğu və 9-nun yaralandığı bildirilmişdi. Ankara iddia edir ki, suriyalılar hərbi mövqelər haqqında əvvəlcədən xəbərdar olmasına baxmayaraq, atəşi davam etdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Bəşər Əsəd ordusunun hücumlarını cavabsız buraxmayacağını söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər