Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik Rusiyanın rəsmi Ankaranın İdlibdə keçirdiyi əməliyyat haqqında Kremli məlumatlandırmadığına dair iddialarını təkzib edib.
Teleqraf.com xəbər verir ki, Ömər Çəlik Rusiyaya məlumat verilmədiyi barədə açıqlamanın düzgün olmadığını söyləyib.
“Türkiyə Rusiyaya nizamlı və operativ məlumat verir. Son hadisədə barədə də məlumat verilib. Mövcud mexanizmlər həmişəki kimi işləyir", - deyə AKP sözçüsü qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Türkiyə İdlibdə keçirdiyi əməliyyat haqqında Rusiyanı məlumatlandırmadığına görə türk əsgərlərin Bəşər Əsəd ordusunun hücumlarının hədəfində olduğunu bəyan edib.