4 Fevral 2020 09:05
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel ötən həftə gizli şəkildə Fələstinin Ramallah şəhərinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən "Əsrin anlaşması" kimi tanınan sülh planının elanından iki gün sonra Fələstin rəsmiləri ilə təmas quran Haspel prezident Mahmud Abbasla görüşməyib.

Haspelin Ramallahdakı gizli görüşündən sonra İsrail rəsmiləri ilə görüşdüyü də təsdiqlənib.

Fələstin Kəşfiyyat İdarəsinin prezidenti Məcid Fərəc ilə görüşən Haspel fələstinlilərin plana reaksiyalarını, israillilərlə hazırkı və gələcək münasibətlərini araşdırmağı məqsəd seçib.

Haspel görüş zamanı bildirib ki, Fələstin-ABŞ əlaqələri siyasi səviyyədə kəsilsə də, pozulmayıb və belə də davam etdiriləcək.

Mahmud Abbasın fikrincə, MKİ ilə əlaqələr pozulmayıb. Əlaqələrin iki ildir siyasi səviyyədə kəsildiyini xatırladan prezident ABŞ və İsrailə mesaj göndərib: “İmzalanan müqavilələr və beynəlxalq öhdəliklərin rədd edilməsi baxımından, təhlükəsizlik işləri də daxil olmaqla sizinlə heç bir əlaqə qurulmayacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər