Türkiyədə Turqutlu mahalının balıqçıları Kamal Hoştəkəli və Uğur Gümüştəkin Dəmirköprü anbarında nəhəng balıq tutublar.
Teleqraf.com xəbər verir ki, 2 metr uzunluğunda olan balığın çəkisi təxminən 100 kiloqramdır.
Satışa çıxarılan balıq ətrafdan keçənlərin də diqqətini çəkib. Yoldan ötənlər balığın video və şəkillərini çəkiblər. Nəhəng balığın kilosu 30 TL-dən (8 manat) satışa çıxarılıb.
Balıqçı Kamal Hoştəkəli balığı görəndə təəccübləndiklərini deyib: “Uzunluğuna, ağırlığına görə onları tutmaq elə də deyil. Uzun səylərin nəticəsində buna nail olduq”.