3 Fevral 2020 20:43
2 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar silahlı pilotsuz uçuş aparatları (PUA) almaq üçün İordaniya Hava Qüvvələri ilə anlaşıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin silahlı PUA-larından narahat olan Haftar hərəkətə keçərək İordaniyadan 6 ədəd Çin istehsalı olan CH-4 tipli PUA almaq üçün razılığa gəlib.

Texniki baxımdan olduqca mürəkkəb olan CH-4-lər üçün Haftarın rus texniklərindən kömək alacağı iddia edilir.

Silahlı CH-4 PUA-lar İraq, Səudiyyə Ərəbistanı, İordaniya və Misir tərəfindən istifadə olunur.

Qeyd edək ki, Liviya Milli Razılıq Hökumətinin Türkiyədən aldığı dronlarla uğurlu əməliyyat keçirməsi Haftarı silahlı PUA-lar almağa vadar edib.

Xatırladaq ki, hazırda bir çox ölkələr ölümcül koronavirusun geniş yayıldığı Çində istehsal olunan məhsullardan imtina edir.


Müəllif: Leyla

Oxşar xəbərlər