İngiltərə xarici işlər naziri Endryu Morrison Bəşər Əsəd rejiminin İdlibdə keçirdiyi hərbi əməliyyatlara etiraz edib.
Teleqraf.com xəbər verir ki, nazir açıqlamasında Rusiya və Əsəd rejimini atəşkəs rejiminə əməl etməyə çağırıb.
Morrison deyib:
“Əsəd rejiminin İdlibdə həyata keçirdiyi hücumu və bu hücum nəticəsində mülki şəxslərin, türk hərbçilərinin həlak olmasını qınayıram. Rejimi və dəstəkçisi olan Rusiyanı atəşkəsə əməl etməyə çağırıram”.
Əlavə edək ki, ötən gün Bəşər Əsəd ordusunun İdlibdə keçirdiyi əməliyyat nəticəsində 8 nəfər həyatını itirib. Ölənlərdən 7-si türk hərbçisidir.