Çinin iki xüsusi administrativ rayonundan biri olan Makaonun rəhbəri Xe İçen koronavirusun yayılmasının qarşısını almaq üçün bütün kazinoların iki həftəlik bağlanmasını əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə RTHK məlumat yayıb.
Qeyd edilir ki, Makaoda ictimai nəqliyyatda hərəkət də məhdudlaşdırılacaq.
Şəhər rəhbərliyi “bu kritik vəziyyətdə” insanları evdə qalmağa və yalnız qida almaq üçün küçəyə çıxmağa çağırıb.
Makaoda yeni koronavirus infeksiyasına yoluxan 10 xəstənin olduğu təsdiqlənib.
Bu yaxınlarda Çinin digər xüsusi administrativ rayonu – Honkonq rəhbərliyi də koronavirusun yayılması səbəbindən Çinin materik hissəsi ilə sərhəd keçidlərinin çoxunu bağlamağa qərar verib.