Koronavirusun dünyaya yayıldığı Çinin Vuhan şəhərində qeyri-adi hadisələr baş verir.
Teleqraf.com xəbər verir ki, Vuhanla bağlı sosial şəbəkələrdə yayılan görüntü və videoları şəhər sakinlərinin dirənişi kimi qiymətləndirmək də olar.
Hazırda insanların mənzillərindən bayıra çıxmadıqları, karantin altına alınan və şəhərdən kənara heç kimin buraxılmadığı Vuhanda insanlar bir-birinə dəstək məqsədilə gecələr “Dayan, mübarizəyə davam et” şəklində eyni anda səslənir, şüarlar deyirlər.
Maraqlıdır ki, Çin hökumətinin məcburi şəkildə karantinə aldığı şəhərlərin dünya ilə əlaqəsi kəsilsə də, Vuhanda insanlar pəncərələrdən bir-birinə səslənərək son ana qədər mübarizə aparacaqlarını elan edirlər. İnsanların xüsusilə, gecələr bir-birinə dəstək məqsədilə “Güclü qal Vuhan” səsləri də adamı dəhşətə gətirir.