4 Fevral 2020 15:17
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Haftar ordusunda xidmətə göndərdiyi muzdlu sudanlı gənclər ölkələrinə qayıdır.

Teleqraf.com xəbər verir ki, “Black Shield” təhlükəsizlik şirkətinin BƏƏ-də işləmək adı ilə aldadaraq Liviyaya cəbhəyə göndərdiyi 19-20 yaşlı gənclər 30 min dollar dəyərində təzminat istəyiblər.

Sudanda yoxsulluq səbəbilə pul qazanmaq üçün xarici ölkələrdə iş axtaran gənclər ayda 500 dollar maaş qarşılığında əvvəlcə BƏƏ-yə aparılıb. Hərbi təlimə cəlb olunan gənclər heç bir açıqlama verilmədən Haftarın nəzarətindəki Binqazi və ətrafındakı neft bölgələrini qorumaq üçün Liviyaya göndərilib.

Gənclərin ailələri məsələdən xəbər tutan kimi etirazlara başlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa başlayıb. Təzyiqlərdən sonra gənclərin bir qrupu geri qayıtmağa müvəffəq olub. Keçən həftə 50 gənc ölkəsinə qayıdıb, bu gün isə daha 247 sudanlının geri dönəcəyi gözlənilir.

BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin sahibi olduğu “Black Shield” şirkəti isə gənclərin aldadıldığına dair iddiaları rədd edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər