İran problemlərin həlli üçün Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa hazırdır. Qarşı tərəf verdiyi vədlərə tam əməl edərsə, İran da öhdəliklərini yerinə yetirəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
İran prezidenti Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşündə nüvə anlaşmasını müzakirə edib.
Ruhaninin sözlərinə görə, İranın nüvə sazişindəki öhdəliklərini dayandırması bu razılaşmanın qorunması üçün atılmış addım idi:
“ABŞ-ın təktərəfli qaydada anlaşmadan çıxması digər ölkələrin də nüvə sazişini tam şəkildə həyata keçirməsi üçün böyük maneə yaradır”.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq sülh planını tənqid edən Ruhani rəsmi Vaşinqtonun indiyə qədər İran, İraq, Livan, Yəmən, Suriya və Əfqanıstanla bağlı bir sıra strateji səhvə yol verdiyini açıqlayıb. İran prezidenti qeyd edib ki, “’Əsrin müqaviləsi” adı altında atdığı addım isə eyni səhvin davamıdır və məğlubiyyətə məhkumdur.