İranda Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edən Əmir Rahimpur adlı şəxs edam cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, İran məhkəməsinin mətbuat katibi Qulamhüseyn İsmaili Əmir Rahimpurun pul qarşılığında İranın nüvə məlumatlarını ABŞ Kəşfiyyat İdarəsinə göndərdiyini açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxs Amerikaya casusluq etdiyi üçün ədalət qarşısında mühakimə edilib və barəsində ölüm hökmü çıxarılıb.
İranda son günlər iki şəxsə ABŞ-a gizli məlumat ötürdüyü üçün 5 və 10 illik həbs cəzası verildiyini deyən İsmaili onların xeyriyyəçilik fəaliyyəti adı altında casusluq etdiyini bildirib.