"Bizim koronavirusa qarşı xüsusi tədbirimiz varmı, soruşsanız "yoxdur" deyəcəm. Vücudumuzu sağlam saxlayacağıq. Dostlarımız sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Hər səhər bir qaşıq içirəm. Qanı artırır. Əsasən də, Ərzurumdan göndərilir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən dönərkən jurnalistlərin "Türkiyənin koronavirusa qarşı hansı tədbirlər planı var" sualına cavab olaraq bildirib.
O, qeyd edib ki, Çindən Türkiyəyə gətirilən insanlar Ankarada xüsusi xəstəxanaya yerləşdirilib: "Onların içərisində 7 azərbaycanlı, 3 gürcü var".
Ərdoğan əhaliyə xəstələnməmələri üçün tövsiyə də verib: "Soyuqdan özünüzü qoruyun. Qızdırmaya diqqət edin. Ən əsası özünüzə inanın. Qidalanmaya fikir verin. Vücudumuzu sağlam saxlayacağıq. Dostlarımız sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Hər səhər bir qaşıq içirəm. Qanı artırır. Əsasən də, Ərzurumdan göndərilir"