4 Fevral 2020 20:54
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.

O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkilin sözlərinə görə, bu addım əsassız şəkildə edilib.

Qeyd edək ki, R.Ayrapetyanın silah-sursatların qanunsuz saxlamasında şübhəli bilindiyi iddia olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər