4 Fevral 2020 23:42
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torontodan Yamaykaya uçan Kanada sərnişin təyyarəsi sərnişinlərdən birinin koronavirus zarafatına görə hava limanına geri qayıtmaq məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə havada olarkən sərnişinlərdən biri birdən ayağa qalxıb və bir müddət koronavirisun yayıldığı Çində olduğunu deyib.

Heyət üzvləri bu barədə təyyarənin komandirinə məlumat veriblər. Komandirin qərarından sonra təyyarə Toronto aeroportuna geri qayıdıb.

Enişdən dərhal sonra zarafatı edən 29 yaşlı şəxs həbs edilib.

Qeyd edək ki, təyyarədə 243 sərnişin olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər