Nyu-Yorkda BMT-nin 69-cu sessiyasında iştirak edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani jurnalistlərə müsahibəsində deyib ki, Qərb dövlətləri ilə nüvə proqramına dair aparılan danışıqlarda razılıq əldə edilsə, rəsmi Tehranın başqa ölkələrlə əlaqələrinin genişlənməsinə şərait yaranar.
Prezident deyib ki, danışıqlar müsbət nəticələnsə birlikdə həm beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirərik həm də regionda sabitliyin yaradılması istiqamətində birgə addımlar atarıq.
İran Prezidenti ölkəsinin nüvə proqramının sülh xarakteri daşıdığını və danışıqların davam etməsində iradəyə sahib olduğunu da diqqətə çatdırıb.