Dünyada böyük həyacanla izlənilən koronavirusla bağlı Çin həkimlərinin apardığı mübarizə dünya səhiyyə sistemində çalışan həkim və tibbi personal tərəfindən diqqət və maraqla izlənilir.
Teleqraf.com xəbər verir ki, Çində karantin altına alınan xəstələrin müalicə olunduğu xəstəxanalardan birinin görüntüləri yayılıb.
Görüntülərdə tibbi personalın xəstəyə xidmət etməklə yanaşı dezinfeksiya işləri apardığı görünür. Koronavirus daşıyıcısı isə mobil telefonuna baxır. Maraqlı məqamlardan biri də odur ki, xüsusi həkim paltarı geyinən səhiyyə işçilərinin adı kürəklərində qeyd edilib.